Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


29 iyun 2009 2 Konteyner gəmisi vuruşdu

2 Konteyner gəmisi vuruşduMəlumata görə, ötən həftə sonu Bozcaadadan təxminən 10 mil məsafədə, beynəlxalq sularda 2 konteyner gəmisi toqquşdu. Egey Dənizində qəza törədən bu gəmilərin biri "Reneta" adlı Alman konteyner gəmisi və digəri "Martı Princes" adlı 128 metr uzunluqda Türk gəmisi olub.



24 iyun 2009 Çin istehsalı olan ilk Airbus 320 uçuşa hazırdır

Çin istehsalı olan ilk Airbus 320 uçuşa hazırdırDünyanın ən böyük təyyarə istehsalçılarından Airbus tərəfindən, Çinin şimal liman şəhəri Tiancindəki son tamamlama işlərindən sonra, Airbus 320 model təyyarənin müştəriyə təslim edildiyini açıqladı.



23 iyun 2009 “SOCAR” Gürcüstanda fəaliyyətini genişləndirir

“SOCAR” Gürcüstanda fəaliyyətini genişləndirirARDNŞ Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdədir. Cari ilin sonuna qədər Gürcüstanda SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 32-33 ədəd təşkil edəcək (hazırda 23 ədəd). Bu barədə bazar ertəsi SOCAR Energy Georgia (SOCAR-ın tərkibində fəaliyyət göstərir) şirkətinin rəhbəri Mahir Məmmədov bildirib.



18 iyun 2009 Türkiyə - Rusiya sərhəddində hələ də problem yaşanır

Türkiyə - Rusiya sərhəddində hələ də problem yaşanırTürkiyənin Samsun əyaləti, son aylarda Rusiya ilə Türkiyə arasında yaşanan və həllə də həlli tapılmayan problemlər səbəbindən çətin günlər keçirir.
Xəbər verdiyimiz kimi, Rusiya tərəfindən Türkiyə gəmilərinə yaradılan çətinliklər səbəbiylə liman fəaliyyətləri dayanma nöqtəsinə gələn firmalar böhrandan çıxış yolları axtarır. Yaşadıqları çətinliyi öz səyləri ilə aşmaq istəyən gəmi agentlikləri alternativ liman axtarışında olduqları vaxtda, ixracatçılar da quru yolu variantlarını araşdırırlar. Novorosiyski gömrüyü tərəfindən əməliyyatların gərəksiz yerə ağırlaşdırması üzündən uzun müddət dənizdə gözləmək məcburiyyətində qalmaqdan şikayətlənən agentliklər, Samsun- Novorosiyski Ro Ro səfərləri arasında ciddi bir azalmanın mövcudluğunu söylədilər.



11 iyun 2009 Vergilər Nazirliyi "AZAL" tərkibindəki 10 hüquqi şəxsin fəaliyyətini ləğv etdi!

Vergilər Nazirliyi "AZAL" tərkibindəki 10 hüquqi şəxsin fəaliyyətini ləğv etdi! Respublika Vergilər Nazirliyi "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərkibində fəaliyyət göstərməkdə olan 10 hüquqi şəxsin fəaliyyətinə xitam verdi...



8 iyun 2009 “Avropa və Asiya arasında dəmir yolu nəqliyyatı” mövzusunda seminar keçiriləcək

“Avropa və Asiya arasında dəmir yolu nəqliyyatı” mövzusunda seminar keçiriləcək9-10 iyun tarixində Türkiyənin İstanbul şəhərində Dəmir yolu vasitəsilə beynəlxalq yük daşımaları üzrə Hökumətlərarası Təşkilatının (OTİF), BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və Türkiyənin Dövlət Dəmir Yolunun birgə təşkilatçılığı ilə “Avropa və Asiya arasında dəmir yolu nəqliyyatı” mövzusunda seminar keçiriləcək.



4 iyun 2009 Rusiya və Azərbaycan işçi qruplarının konfransı təşkil ediləcək!

Rusiya və Azərbaycan işçi qruplarının konfransı təşkil ediləcək! Moskvada, Rusiya və Azərbaycan işçi qruplarının iştirakı ilə konfrans təşkil ediləcək.
“Íîâîñòè-Àçåðáàéäæàí” agentliyinin verdiyi xəbərə görə bu barədə açıqlamanı mətbuat konfransında Rusiyanın Azərbaycandakı rəsmi ticarət nümayəndəsi Yuriy Şedrin verib...



2 iyun 2009 228 nəfər sərnişinin taleyi hələ də naməlum qalır

228 nəfər sərnişinin taleyi hələ də naməlum qalır1 iyun tarixindən naməlum şəraitdə yoxa çıxan “Air France” şirkətinə məxsus Airbus A330 tipli təyyarənin taleyi hələdə məlum deyil. 228 sərnişinlə Braziliyanın Rio da Janeiro şəhərindən Parisə getməkdə olan təyyarəyənin Atlantik okeanında qəzaya uğradığı ehtimal olunur.



27 may 2009 Peterburq Beynəlxalq İqtisadi Forumu 2009

Peterburq Beynəlxalq İqtisadi Forumu 2009Peterburq Beynəlxalq İqtisadi Forumu 4-6 iyun 2009-cu ildə təşkil olunacaq. Burada əsas müzakirə obyektini mövcud iqtisadi krizis dövründə dünya iqdisadiyyatı, beynəlxalq maliyyə institutlarının gələcək fəaliyyəti, bank sektorunun inkişaf perspektivləri təşkil edəcək.