Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


ƏSAS İSTİFADƏ ŞƏRTLƏRİ
Xahiş edirik istifadə etməzdən əvvəl, mövcud əsas şərtlər və xəbərdarlıqlarla tanış olun. (bu şərtləri çap edə və/və ya sabit diskinizə və ya başqa bir yerə qeyd bilərsiniz.)

MADDƏ 1: ƏSAS TƏLƏBLƏR
Bu qaydalar, TRANSBİRJA.COM-un və bu saytın istifadəçilərinin hüquq və vəzifələrini, məsuliyyətlərini müəyyən edir.
İstifadəçi, saytı ziyarət edərək, saytda daxili qeydiyyatdan keçərək və/və ya bu saytın təqdim etdiyi xidmətlərdən istifadə edərək, mövcud əsas şərtlər və xəbərdarlıqlar haqqında məlumatlı olduğunu, onları anladığını və qeyd-şərtsiz qəbul etdiyini bildirmiş sayılır. TRANSBİRJA.COM saytı və xidmətləri, yalnız 18 yaşından böyüklər üçündür. TRANSBİRJA.COM-un üzvlük formasını dolduran hər kəs 18 yaşından böyük olduğunu təsdiq edir. Bu qaydaya uyğun olmadığı müəyyən edilən üzvlüklər ləğv olunur. TRANSBİRJA.COM-da bir istifadəçi adı yalnız bir dəfə istifadə olunur. Üzv olan hər kəs, istifadəçi adını və şifrəsini qorumağa borcludur. Bu səbəblə baş verə biləcək qüsurlara və davranışlara TRANSBİRJA.COM cavabdeh deyildir. TRANSBİRJA.COM-a üzv olarkən seçilən şifrəni, yalnız üzv bilir. Şifrənin seçimi və qorunma məsuliyyəti üzvə aiddir. TRANSBİRJA.COM şifrə istifadəsindən doğacaq problemlərə cavabdeh deyildir.
TRANSBİRJA.COM-da formalaşdırılan profillər, bütün TRANSBİRJA.COM ziyarətçilərinə açıqdır. Profillərdə xüsusi bilgi verməmək səlahiyyəti üzvlərin ixtiyarındadır.
İstifadəçi qanun pozuntusu təşkil edəcək, qanuni tərəfdən təqib yarada biləcək, milli və beynəlxalq qanunvericiliyə və ya beynəlxalq razılaşmalara əks ola biləcək bir hal yaradan və ya bu cür halları təşviq edən, qanunsuz, təhdidedici, narahatedici, alçaldıcı, həqarətedici, təhqiredici, kobud, əxlaqa zidd heç bir məlumat gondərə bilməz.
İstifadəçi başqalarının gizlilik hüququnu və ya yayım hüquqlarını inkar edən, “ticarət markası” qaydalarına və ya başqa mülkiyyət hüquqlarına zidd olan heç bir məlumatı və ya bu cür malı, sahibindən və ya hüquq sahibindən icazəsiz göndərə bilməz və istifadə edə bilməz. İstifadəçi başqasının adından çıxış edə bilməz. TRANSBİRJA.COM, birbaşa sistemdə olan istifadəçilərə və ya onların e-mail ünvanlarına kommersiya və ya reklam xarakterli mesaj göndərilməsi, üzvlərin bu məqsədlə başqa bir web saytına yönləndirilməsi, saytdakı interaktiv sahələrin bu kimi oxşar hallarda qanunsuz və səlahiyyətsiz istifadəsi zamanı hüquqi tənzimlənməsi üçün müvafiq təşkilatlara müraciət etmə haqqını özündə saxlayır. Üzvləri qorumaq məqsədi ilə, TRANSBİRJA.com, bir üzvünün digər üzvlərə göndərəcəyi mesajları məhdudlaşdıra bilmə haqqını da özündə saxlayır.
TRANSBİRJA.COM link verdiyi, banner tanıtımı etdiyi saytların xüsusiyyətlərinə görə cavabdeh deyil.
Server xətalarına görə TRANSBİRJA.COM-da xəta və ya kəsinti ola bilər. Xidmətin bu şəkildə kəsilməsinə görə TRANSBİRJA.COM cavabdeh sayıla bilməz. TRANSBİRJA.COM telefon və şəbəkə, proqram təminatı, bilgisayar təchizatı və materialları, internet xəttindəki tıxac, üzvlərə və ya hər hansı şəxsə zərər verəcək materilları yükləmək kimi texniki mövzulardan doğan problemlərə görə sayıla bilməz. TRANSBİRJA.COM, üzvlər və üzvlər arasındakı əlaqələrlə bağlı hər hansı xəta, kəsinti, silinmə, pozulma, fəaliyyət və ya əlaqədə gecikmə və ya bu kimi digər müvəffəqiyyətsizliklərə görə cavabdeh deyildir.

MADDƏ 2: XİDMƏTİN TƏSVİRİ
TRANSBİRJA.COM bu internet saytı vasitəsi ilə təqdim edilən xidmətləri - üzvlərin sayt vasitəsi ilə daxili və xarici AVTOMOBIL, HAVA, DƏNİZ və DƏMİR yolu daşımalarını, eləcə də DEPO, BAZA, GÖMRÜK MÜŞAVİRLİYİ xidmətləri üçün xidmət-tələb elanlarını (xidmət təqdim etmə, boş nəqliyyat vasitəsi elanı, yük elanı, eləcə də saytın məzmununa uyğun olan və rellaşdırıla bilən xidmətləri) özündə birləşdirir. Sayt eyni zamanda, bu sektora tədarükçü və ya yaxın olan üzv firmaların məhsullarını nümayiş etdirə bildiyi, bütün üzvlərin sayt üzərindən reklam verə bildiyi, eləcə də digər firmaların məhsullarını və firmalarını nümayiş etdirə bildikləri ödənişli və ya ödənişsiz xidmətlər mərkəzidir. TRANSBİRJA.COM hər hansı bir zamanda, bir və ya daha artıq yeni xidmət təqdim etmə haqqını özündə saxlayır.

MADDƏ 3: XİDMƏTLƏRDƏN İSTİFADƏ QAYDALARI
İstifadəçi sayt içindəki xidmətlərə, yalnız daxili forma ilə qeydiyyatdan keçdiyi və qeydiyyatı TRANSBİRJA.COM tərəfindən qəbul edildiyi zaman nail olur. TRANSBİRJA.COM istifadəçi qeydiyyat üçün müraciət etdikdən sonra, 2 gün ərzində hər hansı vasitə ilə (e-mail, ekran mesajı və s.) qeydiyyatın qəbul edilib – edilmədiyi haqqında istifadəçini məlumatlandırır. Qəbul edildiyi təqdirdə, istifadəçinin özü tərəfindən seçilmiş adı və şifrə sistemə daxil edilir və xidmətlərdən tam istifadə mümkün olur.
Bu qaydada istifadəçi aşağıdakıları yerinə yetirməyə borcludur:
• Qeydiyyat zamanı tam və doğru bilgiləri vermək və gərəkdiyi zaman bunları düzəltmək,
• Şifrənin gizliliyini qorumaq, üçüncü şəxslərin şifrəni birbaşa və ya dolayı yolla öyrənməsinə və istifadə etməsinə şərait yaratmamaq,
• İtirilmə, oğurluq və ya bunlardan yarana biləcək hallarda dərhal şifrəni dəyişdirmək,
• Əlaqə vasitələrini izləmək və bundan yarana biləcək itirilmə, oğurluq və ya xətalı istifadə hallarında belə, bu üsulların istifadəsinə tam cavabdehlik daşıma,
• İstifadəçi öz istəyi ilə hesabının tamamilə blok edilməsi üçün TRANSBİRJA.COM ilə əlaqə qura bilər,
• Ən azı 6 simvoldan ibarət olan şifrəsini hər üç ayda bir dəfə dəyişdirmək,
• Üçüncü şəxslər tərəfindən asan təxmin edilə biləcək bir şifrə seçməmək (doğum tarixi, ad, ailədən və ya şirkətdən bir nəfərin adı və s.),
• Əlaqə vasitələri olaraq istifadə ediləcək istifadəçi adı və şifrənin, özü və ya səlahiyyət verdiyi bir şəxs tərəfindən istifadəsini təmin etmək.
İstifadəçi, qeydiyyatını ilk dəfə edərkən girdiyi detalları, yuxarıda qeyd olunan şərtlərə uyğun olaraq, istədiyi zaman dəyişdirə bilər.
Qeydiyyatlı bir istifadəçi, xidmətdən öz adına istifadə etmək üçün, başqa bir şəxsə səlahiyyət verməkdə sərbəstdir. Qeydiyyatlı istifadəçi, təyin etdiyi səlahiyyətli şəxsə, mövcud əsas şərtlər çərçivəsində, qəbul etdiyi bütün öhdəliklərini bildirməyi və həmin şəxsin bu öhdəliklərə uyğun davranmasını təmin edir. Xidmətin səlahiyyətli bir istifadəçi tərəfindən istifadəsi zamanı, birbaşa və ya dolayı yolla ortaya çıxan nəticələrdən tamamilə “qeydiyyatlı istifadəçi” cavabdehdir. İstifadəçi, eyni istifadəçi adı və şifrə ilə başqa bir bilgisayarda yeni bir sahə yaratmışdırsa, TRANSBİRJA.COM hər hansı bir səbəb göstərmədən, Qeydiyyata dair müraciəti rədd etmə, bir istifadəçiyə əlaqələri rədd etmə, və ya hər hansı bir öhdəliyini yerinə yetirməyən bir istifadəçini xidmətdən çıxarma haqqını özündə saxlayır. Gərəkən hallarda, bunu İstifadəçiyə uygun vasitələrlə bildirəcəkdir (e-mil, ekran mesajı və s.).

MADDƏ 4: XİDMƏTİN ISTIFADƏSI İLƏ ƏLAQƏDAR ŞƏRTLƏR
İstifadəçi, xidmətdən, saytda olan mövcud əsas şərtlərə, xəbərdarlıqlara və mənbələrə uyğun olaraq tam məsulliyətli şəkildə istifadə etmək öhdəliyi götürür. Xüsusilə:
Əsas şərtlərin tələblərini təmin etməklə, sistemin düzgün işləməsini təmin etmək,
Xidmətdən yalnız daxili ehtiyacları üçün istifadə etmək,
Kommersiya məqsədi ilə və ya başqa formada birbaşa və ya dolayı olaraq xidmətdən faydalanmamaq,
Saytdan istifadə üçün, gərəkən təchizat və ehtiyacları öz imkanları hesabına təmin etmək,
Xidmətdə qəza yaranması və ya istifadədə xəta olması zaman bunun aradan qaldırılması üçün TRANBİRJA.COM- a məlumat vermək,
TRANSBİRJA.COM, üzvlərin tələblərə əməl etməməsi zamanı əvvəlcədən xəbərdarlıq etməklə qeydiyyatı, ödənilmiş məbləği geri qaytarmadan ləğv edə bilər.
Üzvlük
Üzvlüyün (bundan sonra Profil) qəbulu, üzv olmaq istəyən hər bir istifadəçinin üzvlük şərtlərini yerinə yetirməsinə bağlıdır,
Profillərdə firmalar fərli dillərdən istifadə edə bilərlər,
Profillərdə hər hansı siyasi mövqenin, dinin və s. təbliğatı aparıla bilməz,
TRANSBİRJA.com-a üzv olarkən verilən e-mail ünvanlarının üzvə aid və aktiv olması şərtdir. Üzvlüklə əlaqədar bütün yazışmalarda, sistemə üzv olarkən verilen e-mail ünvanlar əsas götürülür və bu ünvan istifadə olunur. TRANSBİRJA.COM verilən e-mailin doğruluğuna inanır və qəbul edir. Səhv və yalan bəyan edilən e-maillərə görə yarana biləcək xətalara görə TRANSBİRJA.COM cavabdeh deyildir.
TRANSBİRJA.com-a üzv olunması zamanı, doldurulan anketdə verilən bilgilərin xətalı və nöqsanlı olması ilə əlaqədar ortaya çıxa biləcək hallarda, cavabdehliyin üzvdə olduğunu, üzv əvvəlcədən qəbul edir.
TRANSBİRJA.com-a üzv olarkən yarana biləcək əksikliklərdən, banklarla yaşana bilinəcək problemlərdən TRANSBİRJA.COM cavabdeh deyildir.

MADDƏ 5: ISTIFADƏ QAYDALARININ DƏYİŞDİRİLMƏSİ VƏ XİDMƏTİN MƏHDUDLAŞDIRILMASI
TRANSBİRJA.COM, xidməti inkişaf etdirmək, fəaliyyətində yenilik etmək, həmçinin genişləndirmə aparmaq və ya texniki xidmət göstərmək məqsədi ilə, istədiyi zaman bütün dəyişiklikləri etmə hüququnu özündə saxlayır,
Bu məqsədlə xidmət, xəbər vermədən hər gün 21:00 və 08:00 saatları arasında və Bazar günləri gün boyunca məhdudlaşdırıla bilər. Bu saatlar hər hansı bir zamanda da dəyişdirilə bilər. Məhdudlaşdırma hallarında istifadəçi müəyyən bir vasitə ilə məlumatlandırılacaqdır. Məhdudlaşdırma müvəqqəti olacaq, xidmətin qısa zamanda bərpa olunmasını və təkrar işləməsini təmin etmək üçün TRANSBİRJA.COM lazım olan hər şeyi edəcəkdir.

MADDƏ 6: CAVABDEHLİK
Bu sayt fəaliyyəti zamanı istifadəçiyə mənbəyi olan məlumat və vacib sənədlər (nümunələr) təqdim edir. Bununla yanaşı, texniki problemlər istisna olmaqla, TRANSBİRJA.COM mənbəyi göstərilən məlumat və sənədlərdəki xətalardan və ya əksikliklərə və ya istifadəçinin məlumatları şərh və ya başqa məqsədlə istifadə etməsinə cavabdeh ola bilməz.
Bu sayt, üçüncü şəxslər tərəfindən idarə olunan internet saytlarına linklər yerləşdirə bilər. Bu linklər istifadəçiyə yalnız rahatlıq təmin etmək məqsədi ilə təqdim edilməkdədir. TRANSBİRJA.COM göstərilən saytlar üzərində nəzarət hüququna malik deyildir və bu saytların tərkibi və fəaliyyəti ilə əlaqədar cavabdehlik daşımır. Bu saytların linklərinin əlavə olunması, TRANBİRJA.COM-un onların qəbul etdiklərini qəbul etməsi demək deyildir və TRANSBİRJA.COM ilə həmin saytların operatorları arasında eyni mövqe olduğunu göstərmir.
TRANSBİRJA.COM, müştərilər tərəfindən təqdim olunan elanların və onların məzmununun dəyişilməsinə və ya dəyişdirilməməsinə təsir etmə imkanı yoxdur. Buna görə də həmin elanların tərkibi, yenilənməsi və ya istifadəçinın bu kimi məlumatları istifadə etməsi nəticəsində birbaşa və ya dolayı olaraq ortaya çıxa biləcək zərərlərə cavabdeh deyildir. TRANSBİRJA.COM, normal sahibkarlıq qaydaları altında, xidmətin müvafiq şəkildə işləməsi və davamlılığı üçün bütün imkanlarını səfərbər edir. Texniki problemlər istisna olmaqla, TRANSBİRJA.COM, xidmətin dizayn, quruluş və ya istifadəsindən yaranan birbaşa və ya dolayı zərər hallarına cavabdeh deyildir. TRANSBİRJA.COM xidmətin kəsilməsi, rabitə xətası, sayta girişin rədd edilməsi, texniki qarışıqlıqlar və ya əksikliklər, İT sistemindəki nasazlıq və ya müdaxilələr nəticəsində yaranan, xüsusilə öz imkanlarından xaric hallarla əlaqədar zərərlərə cavabdehlik daşımır.
Kompüter və istifadə proqramlarının seçimindən və işlədilməsindən və bunların bir-birnə uyğunluğundan istifadəçi cavabdehdir.
TRANSBİRJA.COM, istifadəçi adı və/və ya şifrənin itməsindən, pis və ya qərəzli məqsədlə istifadəsindən və ya üçüncü şəxslər tərəfindən istifadəsindən yarana biləcək nəticələrə görə cavabdeh deyildir.

MADDƏ 7: ƏQLİ MÜLKİYYƏT
Sayt və saytla bağlı bütün materiallar üzərində əqli mülkiyyət hüquqları, yalnız AGEX Qrup MMC-yə (Bakı/Azərbaycan) məxsusdur.
TRANSBİRJA.COM şirkətin qeydiyyatdan keçiş ticarət markasıdır.
Verilənlər bazasından məlumat yükləməyə/köçürməyə yalnız şəxsi istifadə məqsədi ilə icazə verilir və mövcud əsas şərtlərdə bildirilən qaydalara əməl edilməlidir.
İstifadəçi yalnız bu saytdan istifadə hüququndan yararlanır. Bu hüquq heç kimə verilə bilməz. İstifadəçi və ya TRANSBİRJA.COM qeydiyyatı ləğv etdiyi anda üzvlük sona çatış sayılır. Əvvəlcədən yazılı səlahiyyət verilməmişdirsə, bu saytla heç bir bağlılığı olmayan şəxslərin kommersiya və ya reklam məqsədi ilə “TRANSBİRJA.COM” terminindən istifadə etməsi qəti şəkildə qadağandır. Bu kimi hallar müəyyən edildikdə dərhal məhkəməyə müraciət ediləcək.

MADDƏ 8: GİZLİLİYİN QORUNMASI
Bu saytdan istifadə zamanı, istifadəçilərlə əlaqədar şəxsi məlumatlar, xüsusilə qeydiyyat zamanı istifadəçinin daxil etdiyi məlumatlar “şəxsi məlumatların qorunması ilə bağlı olan qanunlar” çərçivəsində qoruna bilər.
Müqavilələr üzrə məlumatlar, sui-istifadə və saxtakarlığın qarşısının alınması məqsədi ilə, TRANSBİRJA.COM və ya AGEX Qrup MMC-yə aid digər hər hansı qrupun təqdim etdiyi xidmətlər zamanı və eləcə də statistik və ticari reklam məqsədi ilə, müştəri xidmətləri çərçivəsində bütün sənədlərdə qeyd edilir. Məlumatlar fakturalama məqsədi ilə, sahibinin razılığı ilə üçüncü şəxslərə (hüquqi və fiziki) bildirilə bilər.
Qanun çərçivəsində, xidmətin istifadəçisi, ona aid məlumatlardan üçüncü şəxslərin (hüquqi və fiziki) kommersiya məqsədi ilə istifadəsinə etiraz edə bilər. Istifadəçinin eyni zamanda TRANSBİRJA.COM-la yazılı əlaqəyə girərək şəxsi məlumatlarını müzakirə etmək hüququ vardır. Istifadəçi, zərurət yarandıqda, qaydalara uyğun olaraq bu məlumatlar üzərində düzəliş edilməsini, həmin məlumatların silinməsini və yaxud da əksik və ya xətalı bilgilərin istifadəsinin qadağan olunmasını tələb edə bilər.

MADDƏ 9: GİZLİLİK
TRANSBİRJA.COM, istifadəçinın saytı ziyarəti zamanı, onun haqqında əldə edə biləcəyi detallı bilgiləri üçüncü şəxslərə vermir və bu məlumatların ifşa olunmasının qarşısını alır.

MADDƏ 10: MÜDDƏT
TRANSBİRJA.COM tərəfindən qəbul edilən daxili qeydiyyata əsaslanaraq istifadəçi, 2-ci maddədə göstərilən xidmətə öz istəyinə uyğun müddətə abunə olur. Tərəflər hər hansı bir zamanda, əvvəlcədən xəbər verməklə abunəliyi dayandıra bilər.

MADDƏ 11: TARİFLƏR, ÖDƏMƏ QAYDASI
Saytda aparılan qeydiyyatlar ödənişsizdir. Saytda təqdim edilən bəzi xidmətlərin istifadəsi, 2-ci maddədə göstərilən qaydada ödənişlidir. Bu xidmətlərdən sadəcə müqaviləsi olan üzvlər istifadə edə bilər.
TRANSBİRJA.COM tarifləri və ödəmə şərtlərini hər hansı bir zamanda dəyişmə hüququnu qoruyur. Ödəmə nəğd, kredit kartı və ya köçürmə yolu ilə edilə bilər. İstifadəçinin ödəniş etdiyi müddət tamamilə başa çatdığında, xidmətdən təkrar istifadə edə bilmək üçün TRANSBİRJA.COM-la müqaviləni təzələməlidir.
İstifadəçi, seçdiyi xidmətdən üzvlük paketində göstərilmiş müddətdə ödəmə etdikdən dərhal sonra istifadə etməyə başlayır.
Ödəməyə uyğun vergi hesab fakturası, ödənişsiz olaraq e-mail yolu ilə istifadəçiyə göndərilir. İstifadəçi istəsə və ya ölkəsində qüvvədə olan qanunlar elektron fakturaya icazə vermirsə, xərcələrini özü ödəmək şərti ilə, fakturanın e-mail yolu ilə öz ünvanına göndərilməsini tələb edə bilər.

MADDƏ 12: SÜBUT
Qarşılıqlı münasibətləri daxilində, tərəflər, hər hansı anlaşılmamazlıq zamanı daxili qaydalara və prosedurlara uyğun olaraq, bu saytda və/və ya əlaqədar sənədlərdə yazılanları əsas sənəd kimi qəbul edir.
TRANSBİRJA.COM-un kompüterləri sayt vasitəsi ilə mübadilə edilən bütün məlumatların gündəlik qeydiyyatını aparır. Bu cür günlük qeydiyyatların məzmunu hər hansı bir məlumatlandırma məqsədi ilə çoxaldıla bilər. Tərəflər bu cür çoxaltmanın əsas sənədlə eyni sübut gücünə sahib olduğunu və bu qeydiyyatın istifadəçi tərəfindən edilən tələblərin, bunların məzmununun və tətbiqinin sübutunu yaratdığını, əksini sübut etməyə isə istifadəçinin cavabdeh olduğunu qəbul və təsdiq edir. Hər hansı mübahisəli əməliyyatdan əvvəl və sonra yaradılan düzgün gündəlik qeydiyyatlar sistemin doğru işlədiyini göstərir.

MADDƏ 13: MÜHAFİZƏ
Daxili mühafizə mexanizmlərinin və son texnoloji vasitələrin köməyi ilə, bu sayt, bütün əməliyyatlar növünə uğun olaraq istifadəçiyə sabit mühafizə və gizlilik təqdim edir və müqavilə dövründə bunun qarantı olur.
TRANSBİRJA.COM mühafizə məsələsinə son dərəcə həssas yanaşır. İstifadəçi və müştəri bilgiləri üçüncü şəxslərə qapalıdır və onların müdaxiləsindən qorunmaqdadır.
Üzv, göndərəcəyi e-maillərdə, fakslarda və ya məktublarda qətiyyən kredit kartının nömrəsini yazmamalıdır. E-maillərdə yer alan bilgilərin üçüncü şəxslər tərəfindən görülmə ehtimalı ola bilər. TRANSBİRJA.COM, bu yollarla ötürülən bilgilərin mühafizəsinə heç bir halda təminat verə bilməz. Kredit kartının nömrəsinin bildirilməsinə zərurət yarandıqda, (+99412) 418 41 13 nömrəli telefonla TRANSBİRJA.COM-un səlahiyyətli nümayəndəsi ilə əlaqə qurulmalıdır.
Üzv TRANSBİRJA.COM-a ünvanladığı məlumatların ünvana yetişənədək səlahiyyətsiz şəxslər tərəfindən oxunmasından yaranan, o cümlədən üzvə aid məlumatların başqa şəxslər tərəfindən görülməsinə şərait yaradılmasından (saytdan ayrılarkən “çıxış”dan istifadə etməməsi, və s. hallardan) yaranan problemlərə görə cavabdeh deyildir.
TRANSBİRJA.COM, heç bir üzvünün davranışlarına cavabdeh deyildir. Heç bir halda üzvlər arasındakı əlaqə və münsibətlərdən yaranan nəticələrə –oğurluq, zədə, zərər, ölüm, və s. kimi halalara da cavabdeh deyildir.
TRANSBİRJA.COM, üzvlər arasındakı anlaşılmamazlıqları izləmə hüququna sahibdir, ancaq buna məsuliyyətli deyil. Üzvlər arasındakı əlaqə və münasibətlər, tamamilə üzvlərin öz ixtiyarındadır. Bir üzvün verdiyi élan zərərli, xətalı və ya aldadıcı ola bilər. Bu halda digər üzvlərin diqqətlə və hörmətlə davranmaları vacibdir. Üzvlər arasındaki anlaşılmamazlıqlardan yaranan hər hansı bir maddi və ya mənəvi zərərə görə TRANSBİRJA.COM cavabdeh deyildir.

MADDƏ 14: ÜNVAN SEÇİMİ
İstifadəçi bir e-mail ünvanını sistemimizə daxil edərkən, bu ünvandan istifadəçiyə edilən bütün göndərişlərin həmin ünvana çatacağı qəbul edilmiş sayılır. Bu mənada, istifadəçi poçt qutusunu mütəmadi yoxlamali, e-mail ünvanlarında hər hansı bir dəyişiklik və ya silinmə olduqda dərhal düzəliş edilməsi üçün, TRANSBİRJA.COM-u məlumatlandırmalıdır. İstifadəçi, üzvlük müddətində e-mail ünvanına TRANSBİRJA.COM tərəfindən müxtəlif bülletenlər göndəriləcəyini əvvəlcədən qəbul edir.

MADDƏ 15: ŞƏRTLƏRDƏ DƏYİŞİKLİK ETMƏ
TRANSBİRJA.COM hər hansı bir zamanda mövcud əsas şərtlərdə və qaydalarda dəyişiklik edə bilər. Edilən hər bir dəyişiklik saytda qeyd ediləcəkdir. Dəyişikliklərdən xəbər tutmaq üçün, istifadəçi saytı izləyə bilər və ya edilən dəyişikliklər barədə onlara toplu məlumat göndərilir. Tərəflər, dəyişikliklər haqqında bütun istifadəçiləri bir-bir məlumatlandırmağın TRANSBİRJA.COM-dan tələb edilməyəcəyini əvvəlcədən qəbul edir. Bu dəyişiklikləri qəbul etmediyi zaman, istifadəçidən qeydiyyatını ləğv etməsi xahiş edilir. Xidmətdən istifadəyə davam etməklə, istifadəçi yeni əsas istifadə şərtlərini və/və ya xəbərdarlıqları qeyd-şərtsiz qəbul etmiş sayılır.

MADDƏ 16: YEKUN QAYDALAR
Mövcud əsas şərtlərin bəndlərindən biri hüquqi qüvvəsini itirərsə, bu digər bəndlərin qüvvədə olmasına təsir etməyəcəkdir.
Bu saytda göstərilən digər bütün şərtlər və referanslar mövcud əsas şərtlərə uyğundur.
TRANSBİRJA.COM və istifadəçi arasındaki müqavilənin bütün mövzuları, AR qanunvericiliyinə, mövcud əsas şərtlərə və xəbərdarlıqlara uyğundur.
Tərəflər arasında yaranan hər hanaı anlaşılmamazlıq zamanı, müvafiq məhkəmələrin və/və ya icra hakimiyyəti orqanının qərarları əsas götürülür.

Qeydiyyat