Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Yeni aviareyslər...
Yeni aviareyslər...29 mart 2009-cu il tarixindən etibarən Almata-Bakı-Almata aviareysi fəaliyyətə başlayacaq.

Bu haqda aviaşirkətdən verilən məlumatda belə bildirlib.
"Air Astana" aviaşirkətinin təyyarələri Almata-Bakı birbaşa reysi üçün həftədə iki dəfə, çərşəmbə və bazar günləri uçuş zolağına çıxacaq. Uçuşun müddəti 3 saat 45 dəqiqədir. Təyyarələrin Almata şəhərindən yerli vaxtla 06:30-da çıxacağı, 09:15-də isə Bakı Binə Hava Limanına enməsi planlaşdırılır. Geriyə uçuş zamanı isə təyyarələrin Bakıdan yerli vaxtla 10:15-də havaya qalxması və 14:20-də Astana hava limanına enməsi gözlənilir.

Reyslər "Air Astana" aviaşirkətinin "Aerobus 320" markalı təyyarələri vasitəsilə həyata keçiriləcək.
Yeni, Almata-Bakı-Almata aviareysinin açılışı ilə əlaqədar olaraq "Air Astana" aviaşirkətinin rəsmi nümayəndələri martın 19-da Bakıda mətbuat konfransı keçirəcəklər.


Martın 29-da daha bir yeni aviareys fəaliyyətə başlayacaq.
ABŞ-ın "United Airlines" aviaşirkəti qeyd olunan tarixdən etibarən "Vaşinqton-Moskva" reyslərini yeni "sxem"-lə həyata keşirəcək. Əvvəlkindən fərqli olaraq, şirkət öz təyyarələrini həftənin 7 günü-7 reyslə deyil, ümumilikdə həftədə 5 reyslə sərnişinlərinin ixtiyarına verəcək. Bununlada "Vaşinqton-Moskva" reysi üzrə bazar ertəsi, çərşənbə, "Moskva-Vaşinqton" reysi üzrə isə çərşəmbə axşamı və cümə axşamaları olacaq reyslər ləğv olunacaq. Böyük ehtimallarla, həmin günlərə bileti olan sərnişinlər birbaşa deyil Avropaya, oradan isə "Star Alliance" avişirkətinin təyyarələri vasitəsi ilə "okeanın o tayına" gedə biləcəklər.
Bundan başqa şirkət "Boeng 767" markalı, 244 sərnişin tutumlu təyyarələrdən istifadə edəcək. Bununlada martın sonundan etibarən ABŞ-ın bütün böyük avişirkətləri Rusiya paytaxtına reyslər təşkil etmiş olacaq.
"Moskva-Vaşinqton" reysi üzrə tariflər isə olduqca yüksəkdir. İkitərəfli uçuş üçün biletlərin qiymətləri 744 $ təşkil edir. Belə olduqda sərnişinlər daha ucuz, optimal variantı seçmək məcburiyyətində qalırlar. Amerikanın başqa bir şəhərinə, Nyu-York, Boston və ya Los-angelos-a gedərək oradan paytaxta keçmək daha sərfəlidir.
 
Oxunub: 384 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »