Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


“Qara qutu” əslində narıncı rəngdədir
“Qara qutu” əslində narıncı rəngdədirEl arasında “qara qutu” adı ilə, təyyarənin (vertalyotun) məhv olmaz bir hissəsi kimi tanınan qurğu əslində narıncı rəngdədir. Bədbəxt hadisənin tədqiqatlarını (istintaqlarını) yüngülləşdirmək üçün təyyarədə yerləşdirilən və “Flight Recorder” adlanan bu qutu elə bir materialdan hazırlanır ki, 1000°C dən yüksək istiliyə davam gətirir.
“Flight Recorder” - 2 növdə mövcuddur. Bəzən bü növlər eyni bir qutuda yerləşdirilir.
• Flight Data Recorder (Uçuş Məlumat Sistemi) - 400-500 məlumatı saxlamaq imkanına malikdir: Təyyarənin mühərriki işə düşdüyü andan mühərrik dayanana qədər, təyyarənin hansı müddətə və hansı yüksəklikdə uçduğunu, təyyarənin sürətinin necə dəyişdiyini, yağ təzyiqin nə qədər olduğunu, əmrlərin necə istifadə edildiyini və s. məlumatları əks elətdirir.
• Cocpit Voice Recorder (Səs Qeyd Sistemi) isə, pilot otağı içində olan ötürücü vasitəsiylə səsləri yazır. Səs ötürücüsü o qədər həssasdır ki, nəfəs alış-verişlərini belə qeyd etməyə imkan yaradır. Burada son 30 dəqiqə ərzində atmosfer tənzimlənməsi, alınan təlimatlar və onların icrası, uçuş zamanı verilən qərarlar və digər səsli məlumatlar toplanır.
Cocpit Voice Recorder-in qeydləri əsasında səslərə qulaq asıb nəticə çıxarmaq mümkün olmasına baxmayaraq, Flight Data Recorder-in qeydləri bütün məlumatları əhatə etdiyi üçün analizi daha uzun müddəti əhatə edir.
 
Oxunub: 394 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »