
ABŞ Dolları Türkiyə qara bazarında artıq 1,785 TL oldu. İqtisadçıların fikirincə dolların dəyərinin yenidən yüksəlişi və cari həftəyə 1,80 TL olacağı gözlənilir. Türkiyəyə nisbətən Avropa Birliyinin üzvü olan Polşa və Macarıstan kimi ölkələrdə vəziyyət daha acınacaqlıdır. Bunun səbəbləri əsasən ABŞ-da araşdırılır. Avro isə cari həftəyə 2,2570 TL ilə başladı.
ABŞ Dolları möhkəmlənməkdə davam edir. Bu proses Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Ölkənin əsas ixrac malları olan neft və neft məhsullarının dollarla dəyərləndirilməsi, valyuta ehtiyatlarının çox hissəsinin dollarla saxlanılması bu təsirləri daha da artırır.