Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilib
Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilibFevralın 12-də Bakıda Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilib. Açılışında dövlət başçısı Cənab İlham Əliyevin də iştirak etdiyi kompleksin təməli 2004-cü ilin mayında təməli qoyulub. Kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı XXI əsr” şirkətidir. Dünyada avtovağzallar sistemində ən böyüklərindən biri olan bu kompleks yerli və beynəlxalq marşrutlarda sərnişin daşınmasını təmin etmək üçün nəzərdə tutulub. Kompleksin təməli qoyularkən 360 min kubmetr torpaq işləri görülüb, yaxınlıqdakı yamacın möhkəmləndirilməsi üçün çoxsaylı dirəklər vurulub. Tikintidə ümumilikdə 110 min kubmetrdən çox dəmir-betondan istifadə olunub, inşaat prosesinə 100-dən çox texnika, 600 işçi cəlb edilib. Fəhlələrin böyük əksəriyyəti, mütəxəssislərin isə hamısı yerli vətəndaşlardır.
Kompleksin şüşə-metal konstruksiya sistemində 1600 ton metal və 24 min kvadratmetr şüşə lövhələrdən istifadə edilib. Daxili bəzək işlərinə 70 min kvadratmetrdən çox üzlük mərmər, 55 min kvadratmetr alüminium üzlük material sərf olunub. Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıq Almaniya, İtaliya, Yaponiya, Koreya Respublikası, İsveçrə, Fransa, Ukrayna, Türkiyə, İran, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və digər ölkələrə məxsus şirkətlərin istehsalıdır. 21,4 hektar sahəni əhatə edən kompleksdə gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq mümkündür. Kompleksə 700 yerlik avtomobil dayanacağı, 4 mərtəbənin hər birində yerləşən ticarət mərkəzi, minik platforması, habelə sərnişin avtobuslarının dayanması üçün meydançalar, ana və uşaq otağı, poçt, teleqraf, bank, rəsmi şəxslər üçün xüsusi xidmət otağı, gözləmə salonları, kafe və yeməkxanalar, saxlama kameraları, oyun zalı, tibb məntəqəsi, beşmərtəbəli 93 yerlik dördulduzlu mehmanxana daxildir. Bu obyekt istifadəyə veriləndən sonra burada 4 mindən çox vətəndaş işlə təmin olunacaq. Kompleksdə 14 eskalator, 10 ədəd lift, müasir havalandırma, videomüşahidə, siqnalizasiya, işıqlandırma sistemləri quraşdırılıb. Bütün bu sistemlər kompyuterlə bir məntəqədən idarə olunur. Avtovağzal kompleksinə daxili olan texniki servis mərkəzi və yanacaqdoldurma stansiyası 24 saat xidmət göstərəcək. Asma şüşə tavan, eləcə də şüşə keçid, şüşə örtüklü zallar və digər konstruksiyalar respublikamızda ilk dəfə burada tətbiq olunub. Qış mövsümündə platformaya çıxan körpülərin buz bağlamasının qarşısını almaq üçün qızdırıcı sistem yaradılıb. 35 kilovoltluq yardımçı stansiya, 5 ədəd transformator kompleksi elektrik enerjisi ilə fasiləsiz təchiz edəcək.
Prezident İlham Əliyev avtobusların elektron formada tərtib olunan hərəkət cədvəli, şəhərlərarası və beynəlxalq sərnişin avtobuslarına biletlərin satış qiyməti cədvəli ilə tanış olub, əməliyyat zalına baxıb. Burada avtovağzalın ilk sərnişin bileti dövlətimizin başçısına təqdim edilib. Tikinti işlərinin keyfiyyətlə görüldüyünü, müasir standartlara cavab verdiyini bildirən dövlət başçısı nəqliyyatçıları təbrik edib, Azərbaycanda vətəndaşların rahatlığının təminatı məqsədi ilə bütün yol infrastrukturunun müasirləşdirildiyini və yeni obyektlərin istifadəyə verildiyini bildirib.
 
Oxunub: 383 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »