
Dekabrın üçüncü ongünlüyündən etibarən yeni Bakı-Naxçıvan-İstanbul və əks istiqamətə aviareyslər fəaliyyətə başlayacaq.
Naxçıvan mərkəzi aviakassasından APA-nın yerli bürosuna verilən məlumata görə, dekabrın 23-də həyata keçiriləcək ilk Naxçıvan-İstanbul reysi üçün artıq biletlərin satışına başlanılıb. Aviareyslər II və V günlər olmaqla “Airbus” markalı təyyarələrlə həyata keçiriləcək. Naxçıvandan İstanbula təyyarələrin uçuşu yerli vaxtla 13-35-də, əks istiqamətə təyyarələrin qəbulu isə 19-15-də baş tutacaq. Naxçıvan-İstanbul reysi üzrə bir istiqamətə biletin qiyməti 186 manat, iki istiqamətə biletin qiyməti isə 288 manatdır.