
İtaliyanın Baş naziri Azərbaycanın regionda vacib rol oynadığını deyir
Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri başlamışdır. İtaliyanın Baş naziri Silvio Berluskoni «Trend News»a eksklüziv müsahibəsində Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın prespektivləri və ölkənin Aİ-na qazın çatdırılması diversifikasiyası barədə danışmışdır.
- İtaliya-Azərbaycan ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz? Sizin fikirinizcə, ölkələrarası əməkdaşlığın prioritet sahələri hansılardır?
- Rəqəmlər özləri hər şeyi deyir. İtaliya Azərbaycanın əsas ticarət partnyorudur. 2008-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddi aşaraq 3 mlrd. avro təşkil etmişdir. Təsadüf deyil ki, Əliyev yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini İtaliyaya edib. Bundan başqa, Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir. Biz həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını müsbət qiymətləndiririk.
- Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı hansı əsas məsələlər müzakirə olunacaq?
- Müxtəlif məsələlər müzakirə olunacaq, lakin gündəmdə duran əsas məsələ energetika olacaq. Mən bilirəm ki, Azərbaycanın iqtisadiyyatı hal-hazırda güclü modernizasiya prosesindədir. Bizim iş adamlarımız ticari axımın və diversifikasiyanın genişlənməsi üçün hər bir fürsətdən istifadə etməyə hazırdır. 2004-cü ildə Azərbaycanın Avropanın mehriban qonşuluq siyasəti layihəsinə qəbulu ilə, İtaliya Avropa səviyyəsində strateji qərarı dəstəkləyir. Biz Azərbaycanın NATO-nun sabitləşdirmə əməliyyatlarına qoşulmasını və Gürcüstan böhranı zamanı nümayiş etdirilmiş balanslaşdırılmış yanaşmasını yüksək qiymətləndiririk.
Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskvada imzaladığı birgə bəyannamədən sonra mümükün olacaq.
- Avropaya enerjidaşıyıcılarının çatdırılmasının diversifikasiyasında Azərbycanın rolunu necə qiymətləndirirsiniz?
- 2006-cı ildə Türkiyə-Yunanıstan-İtaliya layihəsi (birləşdirici qaz kəməri) elan olunduqdan sonra, İtaliya çalışır ki, qazı, alternativi olmayan marşurutla, Türkiyə və Yunanıstan ərazisilə Azərbaycandan və ümumiyyətlə, Xəzər regionundan idxal etsin. İtaliyanın "Edison" şirkətinin uzun müddət üzərində işlədiyi layihə ümumi siyasi dəstəyə malikdir və səmərəli müddət ərzində həyata keçiriləcək.
Biz əminik ki, prezident Əliyev, bütün maraqlı ölkələrin həll olunmamış məsələləri yoluna qoymağa kömək edən sazişə yardımçı olacaq. / TREND