Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Logistika nədir?
Logistikanın hal-hazırda qəbul olunan tərifi, The Council of Logistics Managment (CLM) tərəfindən verilmişdir. Bu tərifə görə: “Logistika - müştərilərin ehtiyaclarını təmin etmək üçün hər cür məhsulun, xidmətlərin və məlumat axışının, başlanğıc nöqtədən (mənbədən) istehlak edildiyi son nöqtəyə (son istehlakçıya) qədər olan tədarük zənciri içindəki hərəkətinin təsirli və məhsuldar bir şəkildə planlanması, tətbiq olunması, daşınması, depolanması və idarə altında saxlanılmasıdır."
Təbii qaynaqların dünyaya bərabər paylanmaması, insanların başqa ölkələri görmə arzusu və gündəlik həyatımızda bir yerdən digər yerə getmə səyi nəticəsində, bir “yerdən digər yerə çatdırma- daşıma” ortaya çıxmışdır. “Daşıma” anlayışı, tədricən artan istehlakçı tələblərini təmin etmək istəyən müəssisələrin rəqabətlərinin sıxlaşmasıyla zənginləşərək daha fərqli bir ölçü qazanmışdır.
1990-cı illərdə qloballaşmanın artmasıyla birlikdə, müəssisələr daha çox idxalat və ixracat etməyə başlamışlar. Beləliklə daşıma, müəssisələr üçün həm xərc baxəmından, həm də bazarda iştirak etmə istəyinə görə əhəmiyyətli bir faktor halına gəlmişdir. Bu kimi səbəblərdən müəssisələr rəqabət mühitində varlıqlarını davam etdirə bilmək üçün, daşımaya əhəmiyyət vermişlər. Lakin məsafələrin uzunluğu və zamanın əhəmiyyətli bir rəqabət ünsürü olması, müxtəlif nəqliyyat sistemlərini inteqrə edərək hərəkət etmələrini tələb etmişdir. Yəni 1960-cı ilə qədər istifadə edilən “unimodal” sistemdən (tək variantlı daşıma sistemi), “multimodal” sistemə (ən az iki variantlı daşıma sistemi) keçilmişdir. Bu vəziyyətdə, müəssisələrin nəqliyyat sistemlərinin idarə edilməsi gedərək çətinləşməyə başlamışdır. Bununla birlikdə, nəqliyyat sistemlərinin birləşdirilməsi müəssisənin fəaliyyətlərinə sürət qatmasına baxmayaraq, xərclərinin artımına səbəb olmuşdur. Müəssisələr həm fəaliyyətlərindəki sürətlərini qorumaq, həm də bunun sayəsində içində olduqları bazarı itirməmək məqsədilə daşımanı strateji olaraq daha əhəmiyyətli görmüşlər və beləcə xərclərini aşağı salmağı hədəfləmişlər. Bunun nəticəsində çatdırma əməliyyatlarının yerinə yetirilməsini təmin edəcək bütün addımları içində saxlayan “logistik idarəetmə” ortaya çıxmışdır.
Yaxşı “logistik idarəetmə” nədir?
Logistika, latın dilində lojik (məntiq) və static (statistik) sözlərinin birləşməsindən meydana gəlmişdir ki, hərfi mənası “məntiqi statistika”dır.
Logistika əsas olaraq hərbi termindir, bundan ötəri ilk tətbiqləri əsgəri sahələr və döyüş sahələri olmuşdur. Lakin əsas əhəmiyyəti ikinci dünya müharibəsində aydın olmuş və sonrasında logistikaya elmi bir mövzu gözüylə baxılmağa başlanılmışdır.
İkinci dünya müharibəsindən sonra ABŞ-da bir çox müəssisə logistikanın əhəmiyyətini qavramış və 1960-cı ildən bu günə qədər davam edən nkişaf dövrü içində logistika xidmətlərindən faydalanmağa başlamışdır.

The Council of Logistics Management (CLM) tərəfindən verilən tərifdə, açıqlanması lazım olan 2 ünsür var, bunlar: “müştəri” və “tədarük zənciri” ünsürüdür. Logistikçilər üçün, müştəri hər cür təslim nöqtələridir. Tədarük zənciri; tədarükçülərdən, istehsalçılardan, paylayıcılardan, topdan satıcılardan və pərakəndəçilərdən meydana gəlir. Logistikçilər tədarük zənciri içərisində vəsait və məlumat axışını təmin edərək, tədarükçü və müştəri arasında körpü vəzifəsini üzərlərinə götürür.

Beləliklə, müəssisələr planladıqları hədəfləri, logistikanın yaxşı hesablanmış “vəsait, personal və məlumat axışı”nın harmoniyası ilə reallaşdıra bilərlər."


Müəllif: Pərviz Qasımov (Azərsun Holdinq)
 
Oxunub: 838 dəfəÇap etDigər məqalələr
 
Əvvəlki məqalə Növbəti məqalə »