
Türkiyə-İran Sərhəd Ticarəti Birgə Komitəsinin ötən həftə keçirilən yığıncağında 2 ölkənin xarici ticarət məsləhətçisi köməkçiləri arasında protokol imzalandı.
Tərəflər arasında imzalanan protokola uyğun olaraq 2009-cu ilin noyabr ayının sonuna qədər Van Kapıköy Sərhəd Qapısının tranzit quru yolu və ticarət üçün açılması planlaşdırılır. Protokol mərasimindən sonra çıxış edən Van Qubernatoru Münir Karaloğlu, iki ölkə arasındakı sərhəd ticarətinin önündəki bütün maneələrin qaldırıldığını bildirdi. Türkiyə Xarici Ticarət Məsləhətçisi Köməkçisi Şövkət Ilgaç isə protokolların seçimli ticarət sisteminin qarşısının açılması üçün bir yol xəritəsi olduğunu və hər iki tərəfin ticarəti inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atdığını ifadə etdi.
Protokolun imzalanması mərasimindən sona, Vandan 7 firma 700 ton dəmir, 300 tona yaxın sement satışını da nəzərdə tutan razılaşmalara imzalandı. Bir mebel firması da ilk mərhələdə 700 min dollarlıq məhsul sifarişi aldı.