
Astara terminalında 40 ton buğda kəpəyi olan yük maşını aşıb.
Nəticədə, İran İslam Respublikası ilə Azərbaycan sərhəddində maşınların hərəkətində problem yaranıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza bu gün səhər saat 08:30 radələrində baş verib. Belə ki, Lənkəran rayon sakini 1971-ci il təvəllüdlü Tofiq Sərxan oğlu Ağayevin idarə etdiyi 42 AC 308 dövlət nömrə nişanlı "Maz" markalı maşın aşıb. Nəticədə sürücünün Kürdəmir rayonundan İrana apardığı 40 ton buğda kəpəyi yola dağılıb. Sürücünün sözlərinə görə, qəzaya səbəb qəfildən onun yoluna qarşıdan gələn maşının çıxması və yolların bərbad vəziyyətdə olması olub. Qəza nəticəsində ilkin məlumata görə, ona 30 min manat maddi ziyan dəyib.
Hadisə yerində Astara Rayon Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə : ANS PRESS