
Dünyanın ən güclü yük maşını olduğu bildirilən Volvo FH16 700 hp modelinin ilk sahibi Norveçin qərbində neft məhsulları daşınmasını həyata keçirən “Spesial og Tungtransport AS” Nəqliyyat şirkəti oldu. Şirkətinin sahibi Tore Aase, 700 at gücü ilə çətin yollarda istifadə ediləcək olan Volvo FH16 700 hp modelini seçməsi səbəblərini belə açıqladı: "50 tona qədər ağır yük daşımalarını həyata keçiririk. Bölgəmizdə yollar olduqca dar və uzun kilometrlər boyunca enişlidi. Yəni, hər zaman böyük gücə ehtiyacımız var. Bu gücü və eyni zamanda yanacaq qənaətini ən ideal şəkildə Volvo FH16 700 ilə təmin edəcəyimizə inanırıq. Bununla bərabər, davamlı çarx dəyişdirmək məcburiyyətində qalmamaq bir şofer üçün çox böyük rahatlıqdır.”
Firma sahibi Tore Aase, ildə 200 günü yük maşınıda keçirir.
Yeni FH16 700hp, İsveçin Göteborg şəhəri yaxınlığındakı Volvo-nun Tuve fabrikində istehsal olunur. Bu modelin fərqli bir müvəffəqiyyət göstərəcəyini bildirən Tuve yük maşını fabrikinin Müdiri Johan Jinhage öz fikirini belə ifadə etdi: " Dünyanın ən güclü yük maşınısını istehsal etmək və satışa çıxartmağımızdan çox guruluyuq. Müştərimizə ilk açarı təslim etmək gələcək üçün çox əhəmiyyətli bir dönüş nöqtəsidir".