
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən ölkə sərhədlərində 268 kq narkotik maddə aşkar edilərək götürülüb. «APA-ECONOMICS»in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, son iki il ərzində narkotik maddələrin müsadirəsi artıb: «Əgər on il bundan öncə ölkə sərhədlərində il ərzində 3-5 kq narkotik maddə saxlanılırdısa, hazırda bu rəqəm dəfələrlə çoxalıb. Buna səbəb narkotik maddələrin istehsalının artmasıdır ki, bununla yanaşı narkotik maddələrin tranziti və yayılması da artır».
A.Əliyev onu da qeyd edib ki, ilin əvvəlindən, noyabr ayı da nəzərə alınmaqla, Azərbaycanın sərhədlərində saxlanılan narkotik maddələrin həcmi 290 kq-ı keçib.