30 iyun gecə saatlarında İtalyada dəmiryol vağzalında (Viareggio) güclü partlayış baş vermişdir. Hadisə zamanı 14 vaqondan ibarət olan yük qatarının sıxılmış qazla dolu 2 vaqonu partlamış və nəticədə 16 nəfər həlak olmuşdur. Onların əksəriyyəti partlayışın təsirindən dəmir yol xəttinə yaxın 2 mərtəbəli bınaların uçqunları altın qalmışdır. Həlak olanlardan biri 2,5 yaşlı oğlan Lorensodur. Həkimlərin bir günlük səyinə baxmayaraq dərisinin 90%-a qədəri yanmış uşaq vəfat etmişdir. Eyni aqibəti yaşayan 3 yaşlı başqa bir qızın da həyatını qutarmaq mümkün olmamışdır. Hadisədən dərhal sonra Roma xəstəxanasına çatdırılan bu uşağın valideyləri isə, uçan evlərinin altında qalmışlar.