Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 154 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Türkiyə - Rusiya sərhəddində hələ də problem yaşanır
Türkiyə - Rusiya sərhəddində hələ də problem yaşanırTürkiyənin Samsun əyaləti, son aylarda Rusiya ilə Türkiyə arasında yaşanan və həllə də həlli tapılmayan problemlər səbəbindən çətin günlər keçirir.
Xəbər verdiyimiz kimi, Rusiya tərəfindən Türkiyə gəmilərinə yaradılan çətinliklər səbəbiylə liman fəaliyyətləri dayanma nöqtəsinə gələn firmalar böhrandan çıxış yolları axtarır. Yaşadıqları çətinliyi öz səyləri ilə aşmaq istəyən gəmi agentlikləri alternativ liman axtarışında olduqları vaxtda, ixracatçılar da quru yolu variantlarını araşdırırlar. Novorosiyski gömrüyü tərəfindən əməliyyatların gərəksiz yerə ağırlaşdırması üzündən uzun müddət dənizdə gözləmək məcburiyyətində qalmaqdan şikayətlənən agentliklər, Samsun- Novorosiyski Ro Ro səfərləri arasında ciddi bir azalmanın mövcudluğunu söylədilər.
Bu sahənin nümayəndələrindən olan Ulusoy Dənizçilik və Qaradəniz Ro Ro Qaradəniz Koordinatoru Tuncer Üçüncüoğlu məsələyə münasibət bildirərək: "Rusiyaya sitrus meyvələri daşınması daha əvvəllər Trabzondan edilərdi. Son zamanlar coğrafi mövqesindən yaxşı istifadə edən Samsun isə, mərkəz olmağı təmin edə bildi. Amma, bu dəfə də Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi müxtəlif çətinliklərlə mübarizə etməyə çalışırıq" söylədi.
Üçüncüoğlunun fikirincə, hazırki vəziyyət, tək Rusiya ilə aparılan ticarəti deyil, həm də Türk Respublikalarla olan ticarətə də mənfi təsir etdi: "22 Mart 2009 tarixindən etibarən Rusiya ilə Türkiyə arasından edilən razılaşma ilə Rusiyan bizlərə verməli olan keçiş sənədlərini vermir. Bu il üçün olan razılaşmada hər üç ayda bir ödənişsiz Rusiya 1250 sənəd verəcəkdi. Ayrıca Türkiyədən yük götürən Rus maşınları üçün əlavə sənəd veriləcəkdi. Bu sənədlər olmadan heç bir şəkildə ölkələr arası keçiş olmur. Rusiya sənədləri verməmə səbəbini isə öz maşınlarının Türkiyədə gözlədildiyi bəhanəsini qarşıya qoyur. Bununla bərabər Rusiya tərəfi, 2008-ci ildən qalma Bonus sənədlərini də verməyəcəyini bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya həmkarları ilə görüşlərində də problem həll edilə bilmədi. Daha sonra, Rusiya Nəqliyyat Naziri İgor Levitin və Türkiyəli həmkarı Binalı İldırım arasında olan görüşdə də bir nəticə alına bilmədi.
Hazırki vəziyyət, Türk Respublikaları ilə olan ticarətimizi də mane törədir. Çünki, buradan gedən avtomobillərimizin yüzdə 80-i Rusiya üzərindən Türkü Respublikalarına yük daşıyırdı. İndi Maşınlar Gürcüstan üzərindən Azərbaycana, oradan da Ro-Ro gəmiləriylə digər Türk Respublikalarına çatır ya da İran üzərindən quru yoluyla getməyə çalışırlar."

LOJİPORT
 
Oxunub: 256 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »