
1 iyun tarixindən naməlum şəraitdə yoxa çıxan “Air France” şirkətinə məxsus Airbus A330 tipli təyyarənin taleyi hələdə məlum deyil. 228 sərnişinlə Braziliyanın Rio da Janeiro şəhərindən Parisə getməkdə olan təyyarəyənin Atlantik okeanında qəzaya uğradığı ehtimal olunur.
1 körpə, 7 uşaq, 82 qadın və 126 kişinin olduğu sərnişin təyyarəsi, gecə saatlarında Braziliyanın Rio da Janeiro şəhərindən Parisə getmək üçün havaya qalxdı. Ancaq, Air France-a aid Airbus A330 tipi təyyarə 3,5 saatdan sonra radardan itdi.
Atlantik Okeanı üzərində siqnalı itən təyyarə tapılması üçün dərhal axtarış işlərinin başlanılmasına baxmayaq bu vaxta qədər heç bir nəticə əldə olunmayıb. Yalnız, təyyarənin pis hava şəraiti və ildırım vurması ilə əlaqədar qəza törətməsi ehtimal olunur.