
İqtisadi böhranın ilk günlərində Avropa qitəsində olan 1200 işçisini işdən azad edən "NİSSAN" şirkəti, tez bir zamanda əvvəlki günlərinə qayıtmaq üzrədir.
Şirkət yaxın gələcəkdə istifadəyə verməyə hazırlaşdığı "elektrik avtomobilləri" üçün İngiltərədə "batareya - enerji mənbəyi" istehsalı ilə məşğul olacaq yeni fabrik açmağa qərar verib.
Yeni açılacaq bu fabrikdə isə başlanğıc üçün 350 nəfərin işlə təmin olunacağı bildirilir. Bütün bunların "NİSSAN" şirkətinə 200 milyon funt sterlinqe başa gəldiyi söylənilir. Bu baxımdan hadisə İngiltərədə fabrikin açılacağı bölgə üçün çox əhəmiyyətli hesab edilir.
Buna bənzər bir yatırım da "TOYOTA" şirkətindən gəlib. İngiltərənin məsələ ilə əlaqəli şəxsləri bu yatırımların ölkə üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıblar. Bununla yanaşı, bu gedişatla yaxın gələcəkdə İngiltərənin "texnoloji avtomobil" istehsalında 1-cilərdən olacağına şubhə edilmədiyi bildirilib.
Mənbə:
"TAŞIMACILAR - Türkiye Haber Temsilcimiz"