
Respublika Vergilər Nazirliyi "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərkibində fəaliyyət göstərməkdə olan 10 hüquqi şəxsin fəaliyyətinə xitam verdi. Qeyd olunan 10 hüquqi şəxs, aşağıdakılardır :
"Yukdaşıma əməliyyatları", "H.Əliyev adına Beynəlxalq Hava Limanı", "Gəncə şəhər Beynəlxalq Hava Limanı", "Azhelikopter" Aviasiya Şirkəti, Yevlax Avisasiya Şirkəti - "Azalaqro", "Əməliyyatın idarəetməsi Təhlükəsizliyi", "Azeraeronavigasiya", "Milli Aviasiya Akademiyası", "AZALOİL", "Kənd Təsərrüfatı İstehsalı" Şirkəti.
Kreditorların aşağıda qeyd edilən əlaqə vasitələrinin koməkliyi ilə, 2 ay ərzində "AZAL"a müraciət etməsi təklif olunur :
Bakı şəhəri, Azadlıq prospekti 11... Telefon : 012 - 437-49-07
Xatırladaq ki, 16 aprel 2008-ci ildən Respublika Prezidentinin əmri ilə, "Azərbaycan Hava Yolları" Konserni Qapalı tipli Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir və bütün səhmləri dövlətə məxsusdur!