
Moskvada, Rusiya və Azərbaycan işçi qruplarının iştirakı ilə konfrans təşkil ediləcək.
“Новости-Азербайджан” agentliyinin verdiyi xəbərə görə bu barədə açıqlamanı mətbuat konfransında Rusiyanın Azərbaycandakı rəsmi ticarət nümayəndəsi Yuriy Şedrin verib.
Ticarət nümayəndəsinin sözlərinə əsasan, bu qərar 29 may tarixində Bakıda keçirilmiş Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq idarəetmə komissiyalarının 12-ci toplantısında qərara alınıb.
“Bu təkliflə Rusiya Federasiyasının ticarət palatası çıxış etdi və təklif Azərbaycan tərəfindən dəstəkləndi!” – bu açıqlama ilə sözlərinə davam edən Yuriy Şedrin, “Ümid edirəm ki, Azərbaycan və Rusiya iş birlikləri palataları konfransın təşkilində və keçirilməsində daha da aktiv iştirak edəcəklər” deyərək öz fikirlərini tamamlayıb.