
Peterburq Beynəlxalq İqtisadi Forumu 4-6 iyun 2009-cu ildə təşkil olunacaq. Burada əsas müzakirə obyektini mövcud iqtisadi krizis dövründə dünya iqdisadiyyatı, beynəlxalq maliyyə institutlarının gələcək fəaliyyəti, bank sektorunun inkişaf perspektivləri təşkil edəcək.
Prezident Dmitri Medvedevin də iştrakı nəzərdə tutulan tədbirdə sadalanan məsələlər üzrə Rusiya Federasiyasının yanaşması və dövlətlərarası əlaqələri xüsusi diqqətdə saxlanılacaq. Beləki, Forumun proqramında Rusiyanın ərəb ölkələri, Avropa və ABŞ-la iqtisadi münasibətləri, biznes-dialoqlar öz əksini tapmışdır.
Forumda siyəsətçilər, böyük biznesmenlər və iqtisadçılardan ibarət 2 mindən artıq iştirakçı müəyyənləşdirilib.