|
Azərbaycan Respublikasında bütün şəxslər (bundan sonra Rezidentlər) tərəfindən ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997- ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq olumuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları" ilə tənzimlənir.
Bu Qaydalara əsasən ixrac əməliyyatlarının növləri aşağıdakılardır:
1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
Azərbaycan Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracatında Rezidentlər sərbəstdirlər və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula biməz.
2. Kreditə ixrac əməliyyatları.
Kreditə ixrac faktiki mal ( xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur.
3. Təkrar ixrac (reeksport) əməliyyatları.
Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur.
4. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları.
Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərədə tutur.
5. Müvəqqəti ixrac əməliyyatları.
Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət gostərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərti ilə ixracı əməliyyatlarını nəzərdə tutur.
İdxal əməliyyatları
6. Rezidentlər tərəfindən öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr ( bu Qaydaların 7-ci və 8-ci bəndində göstərilən hallar istisna olmaqla) gömrük orqanlarına bəyan edilməklə həyata keçirilir.
7. Rezidentlərin idxal etdikləri malların gömrük dəyərinə nəzarət gömrük orqanları tərəfindən həyata keçirilir.
8. Konsiqnasiya ticarəti yolu ilə mal idxal edən bütün Rezidentlər bu malların satışından əldə olunmuş vəsait (manat) ilə valyuta birjalarından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər.
Digər ixrac - idxal əməliyyatları
Aşağıdakı siyahıda ( 1 saylı Əlavə) göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirlir. Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
Malların adı
- Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri
- Barıt (ovçuluq barıtı istisna olmaqla), partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri
- Nüvə materialları, texnologiyaları,avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla
- Narkotik vasitələr və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan prixotrop maddələr, kimyəvi zəhərlər
- Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri
İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin)
Siyahısı
(2 saylı əlavə)
Malların adı - Rəyi tələb olunan dövlət orqanları [i]İxrac Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal, ilan, böyə və əqrəb zəhərləri - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyi Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İxtiralar, "Nou Hau" və elmi tədqiqat işlərinin nəticələri - Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr - Səhiyyə Nazirliyi [i]İdxal Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr - Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları - Dövlət Baytarlıq Komitəsi Dərman preparatları, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar -Səhiyyə Nazirliyi [i]Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi İnşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri) - Dövlət Tikinti və Arxitektura Komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, Xəzər Dəniz Gəmiçiliyi, "Azərbaycan Hava Yolları" Dövlət Konserni, "Azəravtonəqliyyat" Dövlət Konserni Rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi) - Rabitə Nazirliyi Vəkillik və digər hüquqi xidmətlər - Ədliyyə Nazirliyi Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Bu qaydaların 2 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində ekspertizadan və qeydiyyatdan keçirməklə həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi bu mallar üzrə ekspertiza keçirərkən onların idxal və ya ixracı barəsində müvafiq dövlət orqanlarının rəyini almalıdır. Bu malların kreditə konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
9. Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal ( xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərədə tutur.
10. Kooperasiya əməliyyatları xammal, yarımfabrikantlar və məhsulların bu və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədi ilə müvəqqəti olaraq ixracını ( və ya idxalını) nəzərdə tutur.
Xarici ticarətdə hesablaşmalar
İxracatda hesablaşmalar
Mal (xidmət və əqli mülkiyyət) satışı bir qayda olaraq yalnız onların haqlarının qabaqcadan ödənilməsi, yaxud geri çağrılmayan akkreditiv açılması yolu ilə və ya birinci dərəcəli bankların zəmanəti əsasında həyata keçirilir. Bankların birinci dərəcəlilik əlamətləri beynəlxalq kredit reytinq agentlərinin təminatlarına əsasən Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.
Bütün Rezidentlər tərəfindən satılan malların (xidmət və əqli mülkiyyətin ) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvakkil bankların bunu təsdiqləyən sənədi təqdim olduqda icazə verilir.
İdxalda hesablaşmalar
Bütün Rezidentlər tərəfindən xarici ölkələrdən mal alımasına və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvakkil banklar tərəfindən həyata keçirilir.
Xarici Ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
İxrac əməliyyatları üzrə :
- Xarici şəxslərlə bağlanmış müqavilə, - İstehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə), - İxrac qiymətini əsaslandırma arayışı, - Azərbaycan Respublikasına başqa ölkələrədn gətirilən mallar haqqında sənədlər.
İdxal əməliyyatları üzrə:
- Xarici şəxslərlə bağlanmış müqavilə, - əməliyyatların maliyyələşdirmə mənbəyi haqqında məlumat, - idxal qiymətini əsaslandırma arayışı.
Lazımi sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadi İnkişaf Nazirliyində 3 iş günü ərzində həyata keçirilir.
Bu Qaydalarda nəzərəd tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər:
İxrac əməliyyatları üzrə:
- hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu, - xarici şəxslərlə bağlanmış müqavilə, - ixrac olunan malların mənşəyi haqqında sənədlər, - ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi, - bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi. - Gömrük yük bəyannaməsi.
İdxal əməliyyatları üzrə:
- Bağlanmış müqavilə, - gömrük yük bəyannaməsi, - invoys- idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd, - yol- nəqliyyat sənədləri, - malın mənşəyini təsdiq edən sənəd, - malın keyfiyyət sertifikatı, - malın uyğunluq sertifikatı, - bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi.
İdxal və ixrac əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidirlər.
|