Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


"Goodyear" - Amerikanın ən hörmətli təkər istehsalçısı!
"Goodyear" - Amerikanın ən hörmətli təkər istehsalçısı! "Forbes" jurnalı və "Reputation İnstitue"(Rİ) birgə araşdırma və dəyərləndirmələrinə əsasən, ötən il olduğu kimi bu ildə də "Amerikanın ən hörmətli təkər istehsalı şirkəti" "Goodyear" oldu. Beynəlxalq araşdırma şirkətlərindən biri olan "Reputation İnstitue"(Rİ) bu nəticələrini müştəri xidmətləri məmuniyyəti, məhsullar və xidmət sahəsi, yenilikçilik, iş sahəsi, vətəndaşlıq, idarəetmə, liderlik və göstərilən yüksək səviyyəli iş prinsiplərinə əsasən müəyyən edib.
Bununla yanaşı, 2009-cu il araşdırmalarında istifadəçilərin ən çox "şirkətlərin yüksək keyfiyyətli məhsullarına və ümumi xidmət sektoruna" maraq göstərdiyi məlum olub.
Şimali Amerikada "Goodyear" şirkətinin təkər istehsalı şöbə rəhbəri Richard J.Kramer, "Bu seçim və araşdırmanın, alıcılar, istifadəçilər və ümumiyyətlə xalqla birgə aparılması, bizim məhsullarımızı alan və bizə güvənən insanların fikirləri əsasında tərtib edilməsi, bizim üçün çox vacib bir nüansdır. Bu nailiyyət iş prinsiplərimizin, strateji layihələrimizin nə dərəcədə uğurlu olduğunun bariz sübutudur." deyə açıqlama verib.
"Reputation İnstitue"(Rİ) araşdırma mərkəzinin qeydlərinə əsasən, araşdırmalarda iştirak edən bütün Amerika şirkətləri içində, ilk 150 şirkət arasında "Goodyear" - yeganə təkər istehsalçısıdır.

Mənbə : www.tasimacilar.com
 
Oxunub: 234 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »