Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Dövlət dəmir yolunda böhran!
Dövlət dəmir yolunda böhran!Bu il ərzində Dövlət Dəmir yolu 25 milyon ton yük daşımağı planlaşdırır.
Dövlət Dəmir Yolu (ADDY) ötən ilə nisbətən bu il 30% az yük daşıyacağını açıqlayıb! Ötən ilki göstəricilər 27.4 milyon ton olmuşdursa, bu il yüklərin ümumi həcminin 25 milyon ton olacağı bildirilib. Bu barədə ADDY baş mühəndisi Qurban Nazirov açıqlama verib.
İqtisadi böhranla əlaqədar yüklərin həcmi azalıbki, buda birbaşa idarənin gəlirlərinin azalmasına səbəb olacaq. Ümumilikdə isə gəlirlərin və yük daşımalarının 30% azalacğı bildiilir.
Müqayisə üçün onu deyə bilərik ki, statistikaya əsasən ötən ilin mart ayına qədər(1-ci rüb : yanvar-mart) 6.4 milyon ton yük daşınmışdırsa, bu il müvafiq dövrü ərzindəki göstərici 4.7 milyon tondur.
Yük daşınması ilə yanaşı sərnişın daşınmasındada eniş müşahidə olunur. Göstəricilərin isə nə qədər artsa belə ötən illə müqayisədə az olacağı bildirilir.
Ümumilikdə ötən il ADDY-nin ümumi gəliri 248.25 milyon manat olmuşdur ki, bununda 164.2 milyon manatı yük daşımalarının, 34.5 milyon manatı isə sərnişin daşınmasının payına düşür. Yerdə qalan 50 milyon manat gəlir sə köməkçi təsərrüfatın hesabına əldə edilib.

Mənbə : Trend Capital
 
Oxunub: 280 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »