
Mayın 4-də Gürcüstanda keçirilən mitinqdə müəyyən müxalifətçilər ölkədən keçən tranzit yollarını bağlayacaqları barədə xəbərdarlıq etmişlər. Hətta, giriş-çıxış məntəqələrində postların qurulacağı da bildirilib.
Mitinqdə çıxış edən müxalifətin aktivlərindən biri Qubaz Sanikidze Gürcüstan Parlamentinin önündə çıxış edərkən belə deyib:"Biz Ermənistan, Azərbaycan, Türkiyə və digər ölkələrdən üzr istəyirik, hansı ki, tranzit kimi istifadə imkanları məhdudlaşacaq”. Qubaz çıxışında ictimayyəti də bu aksiyaya qoşulmağa səsləyib.