Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Dünyanın ən böyük şirkətləri müəyyənləşib!
Dünyanın ən böyük şirkətləri müəyyənləşib!
"Forbes" jurnalı dünyanın ən böyük şirkətlərinin reytinq cədvəli hazırlayıb. Qeyd edek ki, siyahıda dəqiq qiymətləndirmə deyil, satış həcminə uyğun reytinq müəyyənləşdirilib.
Analitiklər isə göstəriciləri satış, gəlir və bazar faizlərinə uyğunlaşdırmağa çalışıblar. Ümumiyyətlə bu reytinq cədvəlində 62 ölkədən olan müxtəlif sahələrdə xidmət göstərən şirkətlər toplanıb. Böyük siyahıda liderlik ABŞ-a məxsusdur. 2000 şirkət içərisində 551-i məhz Amerika Birləşmiş Ştatlarına təmsil edir.

Sizə ilk onluğu təqdim edirik :


№1 - "General Electric"

Xidmət sahəsi - konqlomerat
Ölkə - ABŞ
Haqqında - Ötən ilki reytinqdə 2-ci yeri tutan şirkət, bu ilə olan satış, gəlir və bazar faizlərinə əsasən dünyanın ən böyük şirkəti sayılıb.


№2 - "Royal Dutch Shell"

Xidmət sahəsi - neft və qaz əməliyyatları
Ölkə - Böyük Britaniya
Haqqında - İllik gəliri 458 milyard $ qiymətləndirilən şirkət 2-ci yerdə qəraralaşıb.


№3 - "Toyota Motor"

Xidmət sahəsi - avtomobil istehsalı
Ölkə - Yaponiya
Haqqında - Bazar kapitalı 102 milyard $ olan Yaponiya avtomobil istehsalçısı eyni zamanda reytinqin ən böyük avtomobil istehsalçısıdır.


№4 - "ExxonMobil"

Xidmət sahəsi - neft və qaz əməliyyatları
Ölkə - ABŞ
Haqqında - Rekord qazancın 45,2 milyard $ olmasına baxmayaraq şirkət reytinq birinciliyini "Royal Dutch Shell" şirkətinə uduzub. Səbəb kimi isə "Royal Dutch Shell" şirkətinin illik gəlir və aktivlərinin daha yaxşı olması göstərilir.


№5 - "British Petroleum" (BP)

Xidmət sahəsi - neft və qaz əməliyyatları
Ölkə - Böyük Britaniya
Haqqında - Böyük Britaniya təmsilçisi gəlirlərinə əsasən reytinqdə 5-ci yerdə qərarlaşıb.


№6 - "HSBC Holding"

Xidmət sahəsi - bank xidmətləri
Ölkə - Böyük Britaniya
Haqqında - Ötən il 1-ci yerde olan şirkət, bu il 6-cı yerə layiq görülüb.


№7 - "AT&T"

Xidmət sahəsi - telekomunikasiya
Ölkə - ABŞ
Haqqında - Ötən illə müqayisədə şirkətin gəlirlərində 4.3% artım müşahidə olunub.


№8 - "Wal-Mart"

Xidmət sahəsi - riteyler
Ölkə - ABŞ
Haqqında - İqtisadi böhranın hökranlıq etdiyi bir dövrdə şirkət böyük irəliləyişdədi. Ötən il 16-cı sirada qərarlaşmış şirkət bu il yüksəlişdən sonra 8-ci yerdədir.


№9 - "Banka Santander"

Xidmət sahəsi - bank xidmətləri
Ölkə - İspaniya
Haqqında - Mərkəzi ofisi Madriddə yerləşən şirkət bu il ilk onluğa daxil olmağı bacardı.


№10 - "Chevron"

Xidmət sahəsi - neft və qaz əməliyyatları
Ölkə - ABŞ
Haqqında - İllik gərliləri, bazar faizləri və dövriyyəyə əsasən şirkət "Banco Santander" ilə 9-10-cu yerləri bölüşür.
 
Oxunub: 299 dəfəÇap etDigər xəbərlər
 
« Əvvəlki xəbər Növbəti xəbər »