
“Intertraffic Istanbul” 27-29 May 2009-cu il tarixində təşkil olunan yol infrastrukturu, yol hərəkətinin təşkili, təhlükəsizlik sahəsində ən böyük beynəlxalq sərgidir. Göstərilən sahədə istehsalçıların, idxalatçıların, təmsilçilərin və xidmət göstərən qurumların iştirakı ilə təşkil olunacaq sərgi Türkiyə, Balkanlar, MDB və Yaxın Şərq ölkələri üçün xüsusu əhəmiyyət kəsb edir. Amsterdam RAI tərəfindən təşkil olunan sərgiyə Türk Nəqliyyat Nazirliyi,Türk Şoselərinin ümumi Direktoratı, İstanbul Bələdiyyəsi və digər qurumlar dəstək verir.