
“Qaradağ Sement” ASC tərəfindən verilən məlumata əsasən, bu gündən etibarən iqtisadi böhran şəraitində tikinti sənayesini dəstəkləmək məqsədilə qiymətlərdə dəyişiklik edir. Məlumatda göstərilir ki, dünyada baş verən qlobal maliyyə böhranı milli iqtisadiyyata mənfi təsir göstərməklə yanaşı, tikinti sənayesində inkişafın dayanmasına səbəb oldu. Bu səbəbdən də 2009-cu ildə ölkədə ümumi sement istehlakının ən azı 15% azalması, yaxud 2008-ci ildə 3.7 milyon ton sement istehlakının ən yaxşı halda 3.2 milyon tona qədər azalması gözlənilir.
Hazırda yeni qiymətlər belədir:
Qalaq “Ekspert” sementi – 127 AZN/ton
Qalaq “Spesial” sementi – 115 AZN/ton
Kisə “Spesial” sementi – 131.6 AZN/ton
Kisə “Optimal” sementi – 120 AZN/ton
Kisə “Optimal”sementi – 6.7 AZN/kisə
Kisə “Spesial” sementi – 7.5 AZN/kisə